Sabiq polis, onun atası və qardaşının məhkəməsi başladı


Digərləri 16 Yan 2018 13:43:00 341 0

Sabiq polis, onun atası və qardaşının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev və ataları İsif Azayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslər dövlət tərəfindən təyin edilən vəkillərdən imtina ediblər və öz vəkillərinin prosesdə iştirak etməsini istəyiblər.

Hakim bunu nəzərə alaraq hazırlıq iclasını yanvarın 23-nə təxirə salıb.

Qeyd edək ki, Fərid Azayev bir qrup şəxslə 2014-cü il dekabrın 22-də Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunub.