ADGTTda həftə sonu 9 tamaşa nümayiş olunacaq


Kriminal 16 Yan 2018 13:29:00 270 0

ADGTTda həftə sonu 9 tamaşa nümayiş olunacaq

Azərbaycan  Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yanvar ayının 16-dan 22-dək  9 adda müxtəlif tamaşalar nümayiş etdirəcəkdir.Teatrın kiçik səhnəsində yanvarın 9-dan start   götürmüş  "Monotamaşalar paradı" davam etməkdədir. Belə ki, kollektiv yanvarın 16-sı saat 1900-da kiçik səhnədə  R.Ağayevin "Solnuğun sonu" (ifaçı Güşvər Şərifova), 17-si  F.M.Dostayevskinin "İdiot" (ifaçı əməkdar artist Nofəl Vəliyev) tamaşalarını təqdim edəcəkdir.

Yanvarın 18-də saat 1600-da teatr  Mərkəzi Zabitlər evi ilə birgə layihədə 20 yanvar faciəsinin 28-ci il dönümünə həsr olunmuş yazıcı-dramaturq T.Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşasını, 20 yanvar saat 1400-da  Dilsuzun "Əlincə Qalası",  axşam saat 1900-da T.Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşalarını nümayiş etdirəcəkdir.

Yanvarın  21-də gündüz saat 1000; 1200 və 1400 da məktəblilər üçün C.Rodarinin "Çippolino", axşam saat 1900 böyüklər üçün U.Şeksprin "Romeo və Culyetta" tamaşaları təqdim ediləcəkdir.