"İnter" müdafiə xəttini gücləndirib


İdman 16 Yan 2018 13:22:00 303 0

"İnter" müdafiə xəttini gücləndirib

"İnter" qış transfer pəncərəsində müdafiə xəttini gücləndirib. Goal.az xəbər verir ki, Milan klubu "Benfica"dan Lisandro Lopezi icarəyə götürüb. Argentinalı futbolçu mövsümün sonuna qədər "Nerazzuri"nin formasını geyinəcək. "İnter" mövsümün sonunda 28 yaşlı müdafiəçinin transfer hüquqlarını 9.5 milyon avroya satın almaq hüququna malikdir. Lissabon klubu icarə haqqı kimi 500 min də qazanıb. Bu mövsüm "Benfica"da 8 oyuna çıxan Lisandro 1 qol vurub.