Paytaxt məktəblərində dövlət bayrağının tarixi ilə bağlı mühazirələr keçirilir (FOTO)


Digərləri 16 Yan 2018 13:21:00 240 0

Paytaxt məktəblərində dövlət bayrağının tarixi ilə bağlı mühazirələr keçirilir (FOTO)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr davam edir.

Bakı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr davam edir. İdarədən Trend-ə verilən məlumata görə, səyyar mühazirələr BŞTİ və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir. Mühazirələrin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.