Dağlıq Qarabağda Ermənistan hərbçisi ölüb


Siyasət 16 Yan 2018 13:03:35 282 0

Dağlıq Qarabağda Ermənistan hərbçisi ölüb

Hadisə yanvarın 15-dən 16-na keçən gecə baş verib

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi naməlum şəraitdə ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə yanvarın 15-dən 16-na keçən gecə baş verib.

1998-ci ildə anadan olan Artyun Xaçatryanın ölümünün səbəbləri araşdırılır.