"Əlillik haqqında arayışların yarıdan çoxu saxtadır"


Dünya 16 Yan 2018 12:57:00 276 0

"Əlillik haqqında arayışların yarıdan çoxu saxtadır"

Türkiyədə əlillik haqqında arayışı yalnız Səhiyyə Nazirliyinin müəyyən etdiyi xüsusi xəstəxanalar verəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Əhməd Dəmircan bildirib.

Ə.Dəmircan deyib ki, aparılan araşdırmalar son bir il ərzində əlilliklə bağlı verilən arayışların yarıdan çoxunun saxta olduğunu göstərib: "Bu məsələ ilə bağlı araşdırma aparılır və cinayət işi başlanıb".

Nazir qeyd edib ki, bütün bunlarla yanaşı, xüsusi xəstəxanaların əməkdaşları bundan sonra özləri əlil vətəndaşların evinə gedəcək və orada müayinə aparacaqlar.