Kişi sevgilisini 10 yaşlı uşaqla əlaqəyə məcbur etdi, həbs edildi


Dünya 16 Yan 2018 12:25:00 286 0

Kişi sevgilisini 10 yaşlı uşaqla əlaqəyə məcbur etdi, həbs edildi

Günün iyrənc xəbəri Birləşmiş Krallıqdan gəlib

.

Son.az Mirror-a istinadla xəbər verir ki, İngiltərənin Suonse şəhərində yaşayan cütlük 10 yaşlı uşağı intim münasibətə məcbur etdiyinə görə həbs edilib. 10 yaşlı oğlanı dövlət öz himayəsinə götürüb.

Məhkəmədən verilən məlumata görə, kişi 10 yaşlı oğlanı sevgilisi ilə intim münasibətdə olmağa və  qadınla çılpaq şəkil çəkdirməyə məcbur edib. O, daha sonra həmin anda çəkilən video və şəkilləri saytlarda yayıb.

Kişinin qəribə seksual davranışlarından şübhələnən keçmiş sevgilisi bu barədə polisə xəbər verməsi ilə cinayətin üstü açılıb. Belə ki, polisə müraciət edən qadın kişinin pedofilliyə və insest əlaqəyə (yaxın qohumlarla cinsi əlaqə) meyilli olduğunu bildirib. Şikayətlə bağlı araşdırma aparan polis onun kompüterindən ögey oğlu da daxil olmaqla yüzlərlə uşaq pornosu tapıb.