Qiqqs: "Ferqyusson məni təbrik etdi, işimdə uğurlar arzuladı"


İdman 16 Yan 2018 12:26:00 272 0

Qiqqs: "Ferqyusson məni təbrik etdi, işimdə uğurlar arzuladı"

"Manchester United"in əfsanəvi futbolçusu Rayan Qiqqs yanvarın 15-də Uels milli komandasına baş məşqçi təyin olundu. Goal.az xəbər verir ki, gənc mütəxəsis "The Guardian"a açıqlamasında 2016-cı ildə "manikunianlar"ın onunla yollarını ayırmasından sonra psixoloq konsultasiyasına zərurət yaranmasından danışıb.

"Manchester United"in məşqçilər korpusunu tərk edəndən sonra psixoloq yanına getdim. Bu insanın gözünü açır ki, dünyada təkcə futbol yox, böyük bir aləm mövcuddur. Həmin vaxt, sanki məktəbi bitirən və yeni həyata başlamaq istəyən adam idim. Bəzi günlərdə darıxırdım və bir şey edə bilmirdim.

Psixoloji ardım xoşuma gəldi. Futbolçu olanda psixoloqa ehtiyacım yox idi. Karyeramı başa vurandan sonra vaxtımı idarə etməklə bağlı xırdadlıqlar vardı. "Manchester United"dən qeyri-müəyyənliyə ayaq basmışdım. Lakin qorxmaq əvəzinə, bundan həzz aldım. İstənilən halda, futbol üçün darıxırdım. Geri qayıtmağa şadam.

Əlbəttə, Aleks Ferqyussonla məsləhətləşdim. Bunu etməsəydim, axmaq olardım. Həmişəki kimi qısa söhbətimiz oldu. Ferqyusson məni təbrik etdi, işimdə uğurlar arzuladı və istənilən vaxt mənə kömək etməyə hazır olduğunu bildirdi. Bəxtim gətirib ki, məsləhət alacağım bir şəxs var. Eyni zamanda fərdi xüsusiyyətlərə malik məşqçi olmaq istəyirəm".