Bu gün dünyada "The Beatles" qrupu günü qeyd olunur


Digərləri 16 Yan 2018 12:07:41 180 0

Bu gün dünyada "The Beatles" qrupu günü qeyd olunur

Ümumdünya "The Beatles" Günü 2001-ci ildə YUNESKO tərəfindən təsis edilib

Bu gün dünyada "Bitlz" qrupunun fanatları "The Beatles" qrupu gününü qeyd edir.

"Report" xəbər verir ki, 1957-ci ilin məhz bu günündə Britaniyanın Liverpul şəhərində "Cavern" klubu yaradılıb və sonradan qrup orada debüt edib. Qrupun ilk heyətinə Pol Makkartni (bas-gitara, gitara, vokal), Con Lennon (gitara, vokal), Corc Harrison (gitara, vokal), Stüart Satkliff (bas-gitara), Pit Best (zərb alətləri) daxil olub.

Qrup 1963-cü ildə "Please Please Me" sinqlını buraxdıqdan sonra dünyada tanınmağa başlayıb. O vaxtdan bəri dünyada "bitlomaniya" xəstəliyi başlayıb. Mövcud olduğu dövrlərdə qrup dünya musiqisinin inkişafına böyük təsir göstərib.

Qeyd edək ki, Ümumdünya "The Beatles" Günü 2001-ci ildə YUNESKO tərəfindən təsis edilib.