Teleqüllənin yaxınlığında çatlar böyüdü


Digərləri 16 Yan 2018 12:02:00 237 0

Teleqüllənin yaxınlığında çatlar böyüdü

"Teleqüllə" sürüşmə sahəsində - Teleqüllədən 200-250 m cənub - şərqdə torpaq qatında yaranan çatlar genişlənib.

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, ərazinin bəzi yerlərində artıq eni 1 metrə, dərinliyi 6-7 metrə çatan çatlar yaranıb. İstinad divarlarındakı çatların eni də 15 sm-ə çatıb: "İstinad divarının yanında şaquli olaraq, yamac kəsilib. Burada belə proseslərin baş verməsinə baxmayaraq, ərazidə yol çəkilir. Sürüşmənin qarşısını almaq üçün isə heç bir tədbir görülmür".


Xəbərə aid fotolar