Xalq artisti Çingiz Sadıxovla vida mərasimi başladı


Kriminal 16 Yan 2018 12:05:00 290 0

Xalq artisti Çingiz Sadıxovla vida mərasimi başladı

Xalq artisti, pianoçu Çingiz Sadıxovla Təzə Pir məscidində vida mərasimi keçirilir.

Son.az APA-ya istinadən xəbər verir ki, mərasimdə mərhumun sənət yoldaşları, ailə üzvləri və yaxınları iştirak edir.

Xalq artisti Bakıda II Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub. 

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 saylı musiqi məktəbinin direktoru, "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.