Elmar Məmmədyarov həmsədrlər və Ermənistan XİN rəhbəri ilə görüşəcək


Siyasət 16 Yan 2018 12:09:00 265 0

Elmar Məmmədyarov həmsədrlər və Ermənistan XİN rəhbəri ilə görüşəcək

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə görüşəcək.

Bu barədə Son.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirlir ki, yanvarın 18-də E.Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək.

Görüşlərdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində