"Manchester United" Sançezlə müqaviləni razılaşdırıb


İdman 16 Yan 2018 12:08:00 354 0

"Manchester United" Sançezlə müqaviləni razılaşdırıb

Aleksis Sançez "Manchester United"ə transferin bir addımlığındadır. Goal.az xəbər verir ki, çilili futbolçu artıq "qırmızı şeytanlar"la şəxsi müqavilə şərtlərini razılaşdırıb. İndi növbə Henrik Mxitaryanındır. Erməni futbolçu "Arsenal"la razılığa gəlməlidir. "Topçular" Aleksisi buraxmaq üçün Mxitaryanı komandada görmək istəyir. Sançezlə "Manchester City" də maraqlansa da, transferin baha olması səbəbindən bu məsələni gündəmdən yığışdırmışdı.