Elmar Məmmədyarov həmsədrlər və Ermənistan XİN rəhbəri ilə görüşəcək


Digərləri 16 Yan 2018 11:53:00 200 0

Elmar Məmmədyarov həmsədrlər və Ermənistan XİN rəhbəri ilə görüşəcək

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə görüşəcək

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə görüşəcək. Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirlir ki, yanvarın 18-də E.Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endyu Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək. Görüşlərdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin