Gimnastımızdan Norveçdə bürünc medal


İdman 16 Yan 2018 11:49:00 280 0

Gimnastımızdan Norveçdə bürünc medal

Norveçin paytaxtı Osloda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. 

Goal.az xəbər verir ki, yarışda Azərbaycanı gənc və böyüklərdən ibarət gimnastlar təmsil ediblər.

Gənclərdən Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lent ilə göstərərək, 4-cü yerdə qərarlaşıb. Komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışına görə 5-ci olub.

Turnirdə yeganə medalı böyüklər arasında çıxış edən Dərya Sorokina əldə edib. O, halqa ilə final çıxışında yalnız sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.