Nazirlik: Teleqüllənin yaxınlığında yaranan çatların eni 1, dərinliyi 6-7 metrə çatıb


Digərləri 16 Yan 2018 11:38:00 205 0

Nazirlik: Teleqüllənin yaxınlığında yaranan çatların eni 1, dərinliyi 6-7 metrə çatıb

“Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında yaranan çatlar genişlənib.

Bakı. İlhamə İsabalayeva - “Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında yaranan çatlar genişlənib. Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.