BakıŞamaxıYevlax yolu buz bağladı


Digərləri 16 Yan 2018 11:27:03 239 0

BakıŞamaxıYevlax yolu buz bağladı

Bakı-Şamaxı-Yevlax avtomobil yolu buz bağlayıb.

Son.az Trend-ə stinadən xəbər verir ki, gecə saatlarından etibarən yolun bəzi hissələrində avtomobillərin hərəkəti çətinləşib.

Yolun Abşeron rayonunun Qobustan kəndi, Cəngi qəsəbəsi, Qobustan rayonunun Mərəzə qəsəbəsi, Şamaxı rayonunun Acıdərə və Ağsu rayonunun Ağsu dolaylarından keçən hissələrində avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb. Yollara qum və buz qarışığının tökülməsinə başlanılıb.

Yolun Mərəzə qəsəbəsi ərazisindən keçən hissəsində olan sürücülər Trend-ə bildiriblər ki, hazırda bəzi avtomobillər hərəkəti davam etdirə bilmədiklərindən Qobustan rayonunun Nərimankənd ərazisində dayanmaq məcburiyyətində qalıblar.