Gimnastımız bürünc medal qazandı


Digərləri 16 Yan 2018 11:20:00 206 0

Gimnastımız bürünc medal qazandı

Oslo şəhərində (Norveç) bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Bakı. 12-15 yanvar tarixlərində Oslo şəhərində (Norveç) bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışlarda ölkəmiz həm gənclər, həm də böyüklər yaş kateqoriyasında təmsil olunub. Yığma komandamızın gənc gimnastlarından Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lentlə göstərərək 4-cü yerdə qərarlaşıb. Komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışına görə 5-ci olub.