Erməni məşqçiyə ömürlük cəza


İdman 16 Yan 2018 10:50:00 346 0

Erməni məşqçiyə ömürlük cəza

Özbəkistan millisinin sabiq baş məşqçisi Samvel Babayan futboldan ömürlük uzaqlaşdırılıb.

Bu barədə Özbəkistan Futbol Federasiyası qərar verib. Erməni əsilli özbəkistanlı məşqçi “Paxtakor”da işləyərkən oyunçuların müqavilələrində qanunsuz dəyişikliklər etməkdə günahlandırılıb. Babayan həmçinin, oyunçu seçərkən daim tanış futbolçulara üstünlük verib, üstəlik, təcrübəli məşqçilərin, ekspertlərin fikirlərini nəzərə almayıb.

Bəyanatda o da qeyd olunur ki, sabiq baş məşqçi yığmaya oyunçu seçərkən onların səviyyəsinə fikir verməməklə ilk növbədə öz kommersiya maraqlarını güdürmüş.

Qeyd edək ki, Babayan ötən ilin sentyabr ayında DÇ-2018-ə vəsiqə qazanmadıqları üçün istefaya göndərilmişdi.