Cəllad ata və ana: 13 övladı kölə, qul kimi saxladılar FOTO


Digərləri 16 Yan 2018 10:56:36 657 0

Cəllad ata və ana: 13 övladı kölə, qul kimi saxladılar  FOTO

ABŞ-ın Kaliforniya ştatında 17 yaşlı qızın çağırışı ilə hadisə yerinə yollanmış polis evdə soyuqdan titrəyən, bir dəri-bir sümük olan, aclıqdan səndirləyən 13 "əsir"i aşkarlayıb. Onların bəziləri zəncirlərlə çarpayılara bağlanmışdılar.

Bu uşaqları və yeniyetmələri valideynləri ev dustağı etmişdilər.

Son.az CBS-ə istinadən bildirir ki, Kaloiforniya ştatındakı Perris şəhərində yaşayan ərlə arvad 13 övladını əsir saxlayıblar. Polis 57 yaşlı Devid Allen Tyorpini və 49 yaşlı Luiza Anna Tyorpini həbs edib.

Riversayd bölgəsinin şerif idarəsindən verilən məlumata görə, ərlə arvad belə manyak, qəddar davranışının səbəblərini izah edə bilməyiblər.

Polisin hesabatında bildirilir ki, yanvarın 14-də evdəki köləlikdən qurtulmağı bacaran 17 yaşlı qız polis idarəsinə zəng vurub.

"O, evdə telefonu tapıb və zəng vura bilib. Qız dedi ki, valideynləri 12 bacı və qardaşını zorla evdə saxlayır, əsir kimi davranırlar", - hesabatda deyilir.

Hadisə yerinə yollanmış polislər 12 uşağı və yeniyetmənin qaranlıq şəraitdə, antisanitar vəziyyətdə kölə kimi saxlandığını görüblər. Onların 8 nəfəri çarpayıya zəncirlə bağlanmışdılar.

Onlar həddən artıq arıq, çəlimsiz olduqlarından polislər bacı-qardaşların hamısının yetkinlik yaşına çatmayanlar olduğunu düşünüblər. Lakin sonradan bəlli olub ki, yaşları 2-29 arasında olan "əsir"lərin yalnız 6-sı uşaqdır: yerdə qalanların hamısının yetkinlik yaşı tamam olmuşdu.