Gün ərzində 117 cinayətdən 28nin üstü “isti izlər”lə açılıb


Kriminal 16 Yan 2018 10:45:00 280 0

Gün ərzində 117 cinayətdən 28nin üstü “isti izlər”lə açılıb

Yanvarın 15-də sutka ərzində respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 117 cinayət faktı qeydə alınıb, onların da 28-nin üstü "isti izlər"lə açılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.