"İnter" argentinalı futbolçu ilə gücləndi


İdman 16 Yan 2018 10:27:00 338 0

"İnter" argentinalı futbolçu ilə gücləndi

İtaliyanın "İnter" klubu müdafiə xəttini gücləndirib.

Goal.az xəbər verir ki, Milan təmsilçisi Portuqaliyanın "Benfica" klubunun futbolçusu Lisandro Lopesi transfer edib. 28 yaşlı müdafiəçi "İnter"də 6 aylıq icarə əsasında çıxış edəcək. İcarə üçün "İnter" Lissabon təmsilçisinə 500 min avro ödəyib. İtaliya tərəfi Lisandronu 9 milyon avro ödəyərək transfer hüququna da sahib ola bilər.

Argentina millisində 4 dəfə forma geyən Lopes 2013-cü ildən "Benfica"da çıxış edir.

"İnter" İtaliya A Seriyasında mövsümə yaxşı başlasa da, son 5 oyunda qalib gələ bilmir.