Ərəblər Bakı hotellərini alır
Digərləri 16 Yan 2018 10:25:00 366 0
Ərəb investorlar Bakıda daşınmaz əmlak obyektləri almağa başlayıb: onlar başlıca olaraq yeni binalar və hotellərə maraq göstərir, hətta paytaxtda hotellərin tikinti şəraiti ilə maraqlanır.
Son.az Abc.az-a istinadən bildirir ki, başlıca olaraq təkliflər Qətər və İraq vətəndaşlarından daxil olur, son vaxtlar adıçəkilən ölkələrdən olan turistlərin sayı əhəmiyyətli dərəcədə artır.
"Onlar öz turistlərinə hotellərdə özləri xidmət göstərmək istəyir, belə ki, ölkəyə gələn ərəb vətəndaşların çoxu öz mətbəxlərinə üstünlük verir. Bu, əsas səbəblərdən biridir.
Ərəb investorları, əsasən, Bakının mərkəzində olan binalar maraqlandırır, bəzi hotellər artıq satışa çıxarılıb", - deyə Azərbaycanın Rieltorlar Assosasiyasının rəhbəri Vəfadar Axundov bildirib. O, həmin hotellərin adlarını açıqlamaq istəməyib.
Mənbə: milli.az