Bağçalara gedən uşaqlar üçün dövlət vəsaiti hesabına xüsusi geyimlər alınacaq


Digərləri 16 Yan 2018 10:17:43 291 0

Bağçalara gedən uşaqlar üçün dövlət vəsaiti hesabına xüsusi geyimlər alınacaq

Nazirlər Kabineti “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ni təsdiq edib.

Bakı. İlhamə İsabalayeva - Nazirlər Kabineti “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ni təsdiq edib. Trend-in məlumatına görə, dövlət məktəbəqədər təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması qanunla müəyyən edilən müdafiə olunan xərc maddələri istisna olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir. Xərclər “Ştatda olan işçilərin əməkhaqqı” və “Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri”, “Əməkhaqqına üstəlik” xərc normativinin hesablanması, “Dəftərxana və təsərrüfat” xərcləri üzrə normativinin hesablanması, “Mətbəə xərcləri” xərc normativinin hesablanması və s. üzrə aparılır. Normativlərdə qeyd edilir ki, dövlət məktəbəqədər təhsil müəssisələrində məskunlaşmış məcburi köçkünlər tərəfindən istehlak olunan kommunal xidmətlərin haqları müəyyən edilmiş qaydada ödənilir (məcburi köçkünlərin öz vəsaitləri hesabına və ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçün bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına).