CHP hakimiyyəti Suriyada hərbi əməliyyatlardan imtina etməyə çağırıb


Digərləri 16 Yan 2018 10:07:00 343 0

CHP hakimiyyəti Suriyada hərbi əməliyyatlardan imtina etməyə çağırıb

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) ölkə hakimiyyətini Suriyanın Afrin şəhərində gözlənilən hərbi əməliyyatlardan imtina etməyə çağırıb.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) ölkə hakimiyyətini Suriyanın Afrin şəhərində gözlənilən hərbi əməliyyatlardan imtina etməyə çağırıb. Trend-in məlumatına görə, müxalifət bu çağırışını onunla izah edir ki, Afrində PYD ("Demokratik ittifaq") və YPG (PKK-nın Suriya qanadı) terror təşkilatlarına qarşı hərbi əməliyyatlar Türkiyə daxilində vəziyyəti gərginləşdirə bilər. Belə ki, bu, PKK terrorçularının fəallaşmasına gətirib çıxara bilər.