Qızıl 7 dollara yaxın bahalaşdı


Dünya 16 Yan 2018 09:43:00 247 0

Qızıl 7 dollara yaxın bahalaşdı

ABŞ-da hər il yanvar ayının üçüncü bazar ertəsi günü Martin Lüterin anım günü kimi qeyd olunur ki, buna görə ölkənin fond bazarı fəaliyyət göstərmədiyindən əsas şirkətlərin səhmləri dəyişməyib.

Son.az APA-ya istinadən xəbər verir ki, Amerika fond bazarında "Dow Jones" indeksi 0,89% - 25 803,19 bəndədək, "S&P 500" 0,68% - 2 786,24 bəndədək, NASDAQ isə 0,68% - 7 261,06 bəndədək bahalaşıb.

Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,12% - 7 769,14 bəndədək, Almaniya DAX-ı 0,34% - 13 200,51 bəndədək, Fransa CAC-40-ı isə 0,13% - 5 509,06 bəndədək azalıb.