Bitkoin ucuzlaşmaqda davam edir


Digərləri 16 Yan 2018 09:46:42 278 0

Bitkoin ucuzlaşmaqda davam edir

Dünyada ən populyar kriptovalyuta olan bitkoin investorların kriptovalyutaların tənzimlənməsi ilə bağlı qeyri-müəyyənliyi səbəbindən ucuzlaşır.

Bakı. Dünyada ən populyar kriptovalyuta olan bitkoin investorların kriptovalyutaların tənzimlənməsi ilə bağlı qeyri-müəyyənliyi səbəbindən ucuzlaşır. Trend xəbər verir ki, "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 3,62 faiz və ya 13,2 min dollaradək ucuzlaşıb. "Bitfinex" birjasında bitkoinin məzənnəsi 4,29 faiz (13,02 min dollaradək), GDAX-da isə 3,27 faiz (13,05 min dollaradək) azalıb.