Dövlət Dumasında Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş sərgi keçiriləcək


Siyasət 16 Yan 2018 09:30:43 251 0

Dövlət Dumasında Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş sərgi keçiriləcək

Sərgini Dövlət Dumasının sədri Vyaçeslav Volodin açacaq

Fevralın 7-də Rusiya Dövlət Dumasının binasında azərbaycanlı rəssamların sərgisi açılacaq.

"Report"un Rusiya bürosunun diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, sərgi Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunacaq. Sərgini Dövlət Dumasının sədri Vyaçeslav Volodin açacaq.

Təntənəli mərasimə hökumət üzvləri, Milli Məclisin deputatları dəvət olunublar.