ABŞda ötən ilin ən yaxşı avtomobillərinin adını açıqlayıblar


Digərləri 16 Yan 2018 08:40:00 254 0

ABŞda ötən ilin ən yaxşı avtomobillərinin adını açıqlayıblar

Detroytda yerləşən Şimali Amerika beynəlxalq salonunda ötən ilin ən yaxşı avtomobillərinin adını açıqlayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, "İlin krossover"i kateqoriyasında ən yaxşı avtomobil "Volvo XC60" seçilib. Bu modeldən əlavə bu kateqoriyada "Alfa Romeo Stelvio" və "Honda Odyssey" modelləridə iştirak edib.

İlin minik avtomobilləri kateqoriyasında ən yaxşı "Honda Accord" seçilib. Bu modeldən əlavə bu kateqoriyada "Toyota Camry" və "Kia Stinger" modelləridə iştirak ediblər.