Yunanıstan polisi nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib


Dünya 16 Yan 2018 08:21:07 269 0

Yunanıstan polisi nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib

İğtişaşlarda 300-ə yaxın anarxiyaçı iştirak edib

Yunanıstanın hüquq-mühafizə orqanları Afinanın mərkəzində yerləşən ölkə parlamenti yanında etiraz aksiyası keçirən nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq ediblər.

“Report” xəbər verir ki, bu barədə Afinanın AMNA xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, iğtişaşlarda rəsmi bəyan olunmuş nümayişçilərə adiyyəti olmayan 300-ə yaxın anarxiyaçı iştirak edib. Əraziyə toplaşanlar polisə daş, mərmər parçası və "Molotov" kokteyli atmağa başlayıblar. Polis nümayişçilərin bu hərəkətinə qarşılıq olaraq gözyaşardıcı qaz və səs qumbarası tətbiq edib.