Belçikada binada partlayış baş verib: 14 yaralı YENİLƏNİB


Dünya 16 Yan 2018 08:27:00 258 0

Belçikada binada partlayış baş verib: 14 yaralı  YENİLƏNİB

08:27

Belçikanın Antverpen şəhərində binada baş verən partlayış nəticəsində xəsarət alanların sayı 14 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə yerli polisin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "İlkin məlumatlara görə, 14 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır".

Bildirilir ki, xilasedicilər dağıntılar altından 4 nəfəri xilas ediblər, dağıntılar altında daha 3 nəfər qala bilər.

-----------