Avtomobil ağaca çırpılıb, sürücü yaralanıb


Digərləri 16 Yan 2018 07:56:00 260 0

Avtomobil ağaca çırpılıb, sürücü yaralanıb

Zaqatalada avtomobil ağaca çırpılıb, sürücü yaralanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Zaqatala rayonu, Bəhmətli kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı sürücü müxtəlif xəsarətlər almış və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yaralını nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.