Di Kaprio yeni filmdə qatil obrazını canlandıracaq


Digərləri 16 Yan 2018 07:41:00 353 0

Di Kaprio yeni filmdə qatil obrazını canlandıracaq

Məşhur Hollivud ulduzu Leonardo di Kaprio kinorejissor Kventin Tarantinonun yeni filminə çəkiləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aktyor filmdə baş rolu oynayacaq. Yeni ekran işi silsilə qətllər törədən Çarlz Menson haqqındadır.

Mensonun qurbanlarından biri olan Şeron Teyti aktrisa Marqo Robbi oynayacaq. Filmin premyerası 2019-cu ilin avqustuna nəzərdə tutulub.