Tramp və Qətər əmiri terrorçuluqla mübarizə məsələlərini müzakirə ediblər


Digərləri 16 Yan 2018 07:25:00 190 0

Tramp və Qətər əmiri terrorçuluqla mübarizə məsələlərini müzakirə ediblər

ABŞ prezidenti Donald Tramp və Qətər əmiri şeyx Tamim bin Həməd əl-Tani arasında telefon danışığı olub

Bakı. ABŞ prezidenti Donald Tramp və Qətər əmiri şeyx Tamim bin Həməd əl-Tani arasında telefon danışığı olub. Trend-in məlumatına görə, telefon danışığı zamanı ikitərəfli münasibətlər və iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinin yolları müzakirə olunub. Bundan əlavə terrorçuluqla mübarizə məsələləri müzakirə edilib və Tramp Qətərin bu sahədə rolunu yüksək qiymətləndirib.