Puçdemon Kataloniya parlamentinin hökuməti bərpa etməyə dair qərarına hörmətlə yanaşmağa çağırıb


Dünya 16 Yan 2018 06:54:49 331 0

Puçdemon Kataloniya parlamentinin hökuməti bərpa etməyə dair qərarına hörmətlə yanaşmağa çağırıb

Bu barədə Belçikaya qaçan siyasətçi öz "Twitter" səhifəsində yazıb

Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon İspaniya hökumətinin başçısı Mariano Rahoyu regional parlamentin üzvləri vəzifədən kənarlaşdırılan muxtariyyət hökumətinin bərpasına dair qərarına hörmətlə yanaşmağa çağırıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Belçikaya qaçan siyasətçi öz "Twitter" səhifəsində yazıb.

Puçdemon xatırladıb ki, ötən il dekabrın 21-də regionda keçirilən seçkilərdə Xalq Partiyası 135 nəfərlik parlamentdə yalnız 4 yerə sahib olub.

Buna baxmayaraq, o, bildirib ki, Rahoy Madriddən Kataloniyanı idarə etməyə davam edir: "Qoy demokrat olsun və Kataloniya parlamentinin hökuməti bərpa etməyə dair qərarına hörmətlə yanaşsın", - Puçdemon yazıb.