Qazaxıstan pezidenti Donald Trampla görüşmək üçün ABŞ-a gedib


Dünya 16 Yan 2018 06:47:42 262 0

Qazaxıstan pezidenti Donald Trampla görüşmək üçün ABŞ-a gedib

Nazarbayev BMT Təhlükəsizlik Şurasının iclasında da iştirak edəcək

Qazaxıstan prezidenti Nursultan Nazarbayev amerikalı həmkarı Donald Trampla görüşmək üçün ABŞ-a səfər edib.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın digər rəsmi və işgüzar dairəsinin nümayəndələri ilə görüş keçirəcək Nazarbayev, həmçinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.