Madaqaskarda cırtdan lemurların yeni növü aşkar edilib


Sosial 16 Yan 2018 05:47:01 291 0

Madaqaskarda cırtdan lemurların yeni növü aşkar edilib

Heyvan cırtdan lemur Qrovs adlandırılıb

Amerikalı alimlər Madaqaskarda cırtdan lemurların yeni növünü kəşf ediblər.

“Report” xəbər verir ki, yeni növ "Primate Conservation" jurnalında təsvir edilib.

Heyvan avstraliyalı primatoloq Kolin Qrovsun şərəfinə "Cheirogaleus grovesi" - cırtdan lemur Qrovs adlandırılıb. Onun bədəninin uzunluğu 17 sm, quyruğunun uzunluğu 28 sm-dir. Digər lemurlarda olduğu kimi, onun da böyük gözləri və güclü dırnaqlı barmaqları var. Bu canlılar adanın cənub-şərq hissəsində yaşayır və iki milli parkda - Ranomafana və Andrinqitrada aşkar edilib. Onlar tropik meşələrdə məskunlaşır və əsasən, meyvələrlə qidalanırlar.

Yeni növü DNT analizi sayəsində kəşf etmək mümkün olub.