Kolumbiyada uçurumun üzərində tikilməkdə olan körpü uçub, 9 nəfər ölüb - VİDEO


Dünya 16 Yan 2018 02:05:44 310 0

Kolumbiyada uçurumun üzərində tikilməkdə olan körpü uçub, 9 nəfər ölüb - VİDEO

4 nəfər yaralanıb, 2-si itkin düşüb

Kolumbiyada körpünün uçması nəticəsində 9 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Prensa Latina" nəşri məlumat yayıb.

Bildirilir ki, faciəvi hadisə bazar ertəsi Kundinamarka və Meta departamentlərinin sərhədində baş verib. Ölənlərin hamısı işçilər olub, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində iki fəhlə itkin düşüb.

Dağılan körpü paytaxt Boqota ilə Villavisensio şəhərlərini birləşdirməli idi. Qəza zamanı körpünün üzərində 40-a yaxın işçi olub. Hadisə uçurumun 280 metr hündürlüyündə baş verib.

Hazırda hadisə yerində digər işçilərin axtarışı davam etdirilir. Hadisənin səbəbləri araşdırılır.