Yunanıstan parlamenti sərt iqtisadiyyat tədbirlərini təsdiq edib


Dünya 16 Yan 2018 00:58:29 301 0

Yunanıstan parlamenti sərt iqtisadiyyat tədbirlərini təsdiq edib

Yeni iqtisadi islahatlar paketi əksər parlement üzvləri tərəfindən təsdiq olunub

Yunanıstan parlamenti ölkədə keçirilən etirazlar fonunda yeni sərt iqtisadiyyat tədbirlərini təsdiq edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Afina və Salonikidə 20 minə yaxın etirazçı ölkə hökumətinin iqtisadi siyasətindən narazılıq məqsədi ilə keçirilən marşlarda iştirak edirlər.

Ölkə paytaxtında bəzi mitinqçilər polisə daş ataraq onlarla münaqişəyə girirlər.