"Dostlar Mahallesi"nin aktyoru vəfat etdi FOTO


Digərləri 15 Yan 2018 23:27:00 343 0

"Dostlar Mahallesi"nin aktyoru vəfat etdi  FOTO

"Kanal D"də yayımlanan "Dostlar Mahallesi" serialının aktyoru Turan Özdemir vəfat edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, "Dondurmam Gaymak" filmi ilə daha çox yadda qalan aktyor İstanbuldakı evində ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Özdemir 1952-ci ildə anadan olub. Teatr aktyoru kimi fəaliyyət göstərsə də, 2001-ci ildən film və seriallara çəkilir. O, "Pis yedili", "Cennet mahallesi", "Geniş ailə" kimi seriallarda oynayıb.

2006-cı ildə "İlin ən yaxşı kişi aktyoru" mükafatına layiq görülüb.


Xəbərə aid fotolar