Əgər ölümdən qorxmaq istəmirsinizsə...


Digərləri 15 Yan 2018 22:45:00 294 0

Əgər ölümdən qorxmaq istəmirsinizsə...

Allah Təala Quranda buyurur: "O, yaratdığı hər şeyi gözəl yaratmışdır". ("Səcdə" 7).

Bu ayədən də göründüyü kimi, Allahın yaratdığı hər bir şey gözəldir. Hətta ölüm belə gözəldir. Ancaq hansı gözlə baxmaqdan asılıdır.

Əgər ölümə dəqiq tərif vermək istəsək, Əmirəl-möminin (ə) buyurduğu kəlam daha dəqiq olardı. Həzrət (ə) buyurur: "Allaha and olsun ki, mənim ölümə olan meylim, körpənin ana sinəsinə olan meylindən daha çoxdur".

Son.az deyerler.org-a istinadən bildirir ki,  Həzrət (ə) başqa yerdə buyurur: "Adəm övladı üçün ölüm, cavan qızın boynundan asılan boyunbağı kimidir".

İmamın (ə) bu sözlərindən göründüyü kimi, ölüm pis bir şey deyildir.

Həzrət Peyğəmbər (s) buyurur: "Allahın yüz rəhmət qapısı vardır. Onların birini yerə nazil etmişdir və məxluqları arasında bölmüşdür. İnsanlar arasında olan bütün məhəbbət və sevgi onun sayəsindədir. Onun doqquzunu özü üçün saxlamışdır və Qiyamət günü bəndələrini ona şamil edəcəkdir".

Bu dünyada anadan şəfqətli kəs yoxdur. Ancaq övladı ona xəyanət edən və pislik edən zaman onu bağışlaya bilmir. Əgər bağışlasa belə, bu pislini unuda bilmir. Ancaq Allah o qədər mehriban və rəhimdir ki, hər kim tövbə edərsə, nəinki tez günahından keçər, hətta onun kinini də aradan aparar. Onun bu tövbə əməlinə savab verər.