Qonaq çağırmışdı, həbs elədi…


Digərləri 15 Yan 2018 22:35:00 346 0

Qonaq çağırmışdı, həbs elədi…

Bu arada "The Telegraph" qəzeti ərəb dünyasında yer almaqda olduğu söylənən başqa bir şahzadə girovluğu böhranından bəhs edən məqalə dərc edib.

Bu böhran artıq 8 aydır ki, davam edən Körfəz-Qətər qarşıdurmasının fonunda baş verir.

Xəbər verilir ki, siyasət aləmində az tanınan Şeyx Abdullah bin Əli ət-Tani gözlənilmədən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Qətər arasında davam edən böhranın ön səhnəsinə gəlib.

Bu şeyx nə qədər az tanınsa da, əmir ailəsində Qətər liderliyinə bəzilərinin fikrincə real namizədlərdən biri sayılır.

Məqalədə deyilir ki, indi şeyxin müraciəti yazılmış video dövriyyəyə buraxılıb. Bu videonu bir sıra ərəb telekanalları, o cümlədən Əl-Cəzirə yayınlayıblar.

Videoda şeyx kresloda əyləşib və kamerya baxaraq deyir ki, o başına bir iş gələcəyindən və bunun günahının Qətərin üstünə atıla biləcəyindən narahatdır.

Şeyx bu müraciətdə deyir: "Mən indi Abu Dabidəyəm. Burada Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın qonağı idim. Amma indi vəziyyət dəyişib. Məni saxlayıblar. Mən buradan elan edirəm ki, Qətər xalqı günahsızdır".

Şeyx daha sonra viodeoda deyir ki, başına bir iş gəlsə, bunun üçün məsuliyyəti şəxsən şeyx Məhəmməd daşıyır.