Bakılı Banu Parisdə "ən gözəl təbəssümlü qız" seçildi FOTO


Şou-biznes 15 Yan 2018 22:18:00 305 2

Bakılı Banu Parisdə "ən gözəl təbəssümlü qız" seçildi  FOTO

Miss Globe International titulunun sahibi beynəlxalq müsabiqədə uğurla çıxış edib və mükafata layiq görülüb

Azərbaycanlı model Banu Şücai Parisdə keçirilən Best Model of the World beynəlxalq gözəllik müsabiqəsində "Miss təbəssüm" tituluna layiq görülüb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Şücainin Facebook səhifəsində məlumat verilib. Onun səhifəsinə yarışmada və mükafatlandırma mərasimində çəkilmiş şəkillər də yerləşdirilib. O, sürpriz olsun və iştirakdan sonra bu sevincli xəbəri şəxsən çatdırsın deyə sözügedən müsabiqəyə dostlarından xəlvət qatılıb. Model öz titulundan razı qalıb və digər beynəlxalq layihələrdə də iştirak etmək niyyətindədir.

Banu Şücai Miss Globe International titulunun sahibidir. O, respublika və beynəlxalq səviyyəli bir sıra müsabiqələrə qatılıb və reklam çarxlarında çəkilib. Əsasən fotomodel kimi işləyib. Model karyerası ilə yanaşı Şücai həm də mahnı oxuyur. Müğənni "Azərbaycanın səsi" milli müsabiqəsinin finalçısıdır. Bu müsabiqədə onun hamisi xalq artisti Mübariz Tağıyev olmuşdu və o, indiyədək Şücaini dəstəkləməkdə davam edir. Qız hazırda yeni mahnılar üzərində işləyir və tezliklə onları tamaşaçılara təqdim edəcək.


Xəbərə aid fotolar