Ağdaşda gənc oğlan bıçaqlanıb


Digərləri 15 Yan 2018 22:00:00 321 2

Ağdaşda gənc oğlan bıçaqlanıb

Hadisə münaqişə zəminində baş verib

Axşam saatlarında Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 1963-cü il təvəllüdlü Kükəl kənd sakini Hümbətov Mürşüd Nizami oğlu aralarında baş vermiş münaqişə zəminində 1991-ci il təvəllüdlü həmkəndlisi Paşayev Vaqif Rafael oğlunu bıçaqlayıb.

Döş qəfəsindən bir bıçaq yarası alan şəxs dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirir.

Faktla bağlı araşdırma aparılır.