Kabilin mərkəzinə raket düşüb


Dünya 15 Yan 2018 22:02:00 318 2

Kabilin mərkəzinə raket düşüb

Hadisə nəticəsində xəsarət alan olmayıb

Əfqanıstanda naməlum şəxslər tərəfindən atılan raket Kabilin mərkəzinə düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Daxili İşlər Nazirliyinə istinadən "TOLO News" telekanalı məlumat yayıb.

İdarə nümayəndəsi Nüsrət Rəhimi bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hələ ki, Əfqanıstanda fəaliyyət göstərən heç bir qruplaşma atəşə görə məsuliyyəti öz üzərinə götürməyib.