Dəm çayını atmayın


Digərləri 15 Yan 2018 22:05:00 354 2

Dəm çayını atmayın

Qara çayın tərkibindəki amin turşuları, protein, vitaminlər, kafein kimi birləşmələr saç üçün inanılmaz faydalar təmin edir.

Dəmlənmiş köhnə çayı atmaq əvəzinə təbii qulluq vasitəsi olaraq istifadə edə bilərsiniz.

Son.az lent.az-a istinadən qara çayın saçlara faydalarını sadalayır. Saçı gücləndirir Çay saçları gücləndirir, bərpa edir və qidalandırır. Tərkibindəki kafein saç tökülməsini azaltmağa kömək edir. Saçı parıldadır Çay saçın boğuq rəngini tamamən aradan qaldırır. Tərkibindəki polifinlər, C və E vitamini sayəsində saçı parladır və yumşaqlıq verir. Bundan başqa çayın tərkibindəki birləşmələr PH səviyyəsini tənzimləyir və saçın yağlanmasının qarşısını alır. Saç dərisini yaxşılaşdırır Çay kəpək problemini həll etməyə kömək edir, saç diblərində yaranan qızartı və iltihabı azaldır. Saçınıza çay maskası vurun Saçınızı bir dəfə şampunla yuduqdan sonra çayı saçınıza tökərək, 5 dəqiqə saxlayın. Sonra saçınızı durulayın. Həcmli və sağlıqlı bir saç üçün bunu həftənin 2-3 günü istifadə etmək yetərlidir.