Azərbaycanlı müğənninin həbs müddəti uzadıldı


Şou-biznes 15 Yan 2018 22:06:00 235 2

Azərbaycanlı müğənninin həbs müddəti uzadıldı

Vəkil bildirib ki, qərarla razı deyillər və apellyasiya şikayəti verəcəklər

Nəsimi Rayon Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədəonun vəkili Türkel Süleymanlı məlumat verib.

Onun sözlərinə görə, məhkəmə istintaq orqanının təqdimatını təmin edib. Qərara əsasən, F.Laçının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay artırılıb.

.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.