Türkiyədə aşkarlanan "quş qripi" həmin ölkədən quş əti idxalına qadağa qoyulmasına səbəb olacaq? - RƏSMİ CAVAB


Digərləri 15 Yan 2018 22:01:07 266 2

Türkiyədə aşkarlanan "quş qripi" həmin ölkədən quş əti idxalına qadağa qoyulmasına səbəb olacaq? - RƏSMİ CAVAB

DBNX Türkiyənin Mardin vilayətində "quş qripi"nin aşkarlanması ilə bağlı yayılan məlumatlarla əlaqədar Azərbaycana həmin ölkədən quş əti idxalına qadağa qoyulub-qoyulmayacağına aydınlıq gətirib.

Bakı. İlhamə İsabalayeva - Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Türkiyənin Mardin vilayətində "quş qripi"nin aşkarlanması ilə bağlı yayılan məlumatlarla əlaqədar Azərbaycana həmin ölkədən quş əti idxalına qadağa qoyulub-qoyulmayacağına aydınlıq gətirib. Xidmətin mətbuat katibi Yolçu Xanvəli Trend-ə bildirib ki, Türkiyə mətbuatında xəstəliklə bağlı xəbərlər yayılsa da, Ümumdünya Heyvan Sağlamlıq Təşkilatı və Türkiyə rəsmi orqanları tərəfindən Azərbaycana məlumat verilməyib. Y.Xanvəli buna baxmayaraq, həmin məlumatın diqqətdə saxlanıldığını da söyləyib. Xidmətin mətbuat katibi Azərbaycanın Mardin vilayətindən diri quş, quş əti və quşçuluq məhsulları almadığını da söyləyib.