Norveçdə yeni koalisiya hökuməti yaradılır


Dünya 15 Yan 2018 21:48:00 260 2

Norveçdə yeni koalisiya hökuməti yaradılır

Norveçdə parlament seçkilərinin nəticələrinin elan edilməsindən 4 ay sonra üç partiya yeni azlıq hökumətini yaradıb. Hökumətə yenidən Mühafizəkarlar Partiyasının lideri Erna Sulberq başçılıq edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, razılaşmanın əldə edilməsi Moss şəhərində on gün davam edən danışıqlardan sonra elan edilib.

Razılaşma Mühafizəkarlar Partiyası və populist liberal-mühafizəkar yönümlü Tərəqqi Partiyası (FrP) koalisiyası ilə Norveç Liberal Partiyası (Venstre) arasında əldə edilib. KİV-in verdiyi məlumata görə, nazir portfellərinin sahibləri yaxın vaxtlarda müəyyənləşəcək.

E.Sulberq yeni hökumətin təşkil edilməsi münasibətilə çıxışında Krallıq üçün məqbul olan ümumi həll yollarının tapılacağını vəd edib.

Tərəqqi Partiyasının lideri, əvvəlki hökumətin maliyyə naziri Sel Yensen bildirib ki, rəsmi Oslo, xüsusən, ailə üzvlərinin köçürülməsi ilə bağlı miqrasiya siyasətini sərtləşdirəcək, vətəndaşlıq almaq istəyənlərə əlavə tələblər irəli sürüləcək. Sel Yensenin sözlərinə görə, hökumət pərəncə geyinməyi də qadağan etmək niyyətindədir.