Azərbaycan ən güclü xalqiqtidar birliyi olan top20 ölkənin arasında VİDEO


Digərləri 15 Yan 2018 21:33:00 303 0

Azərbaycan ən güclü xalqiqtidar birliyi olan top20 ölkənin arasında  VİDEO

Azərbaycan dünyada ən güclü xalq-iqtidar birliyi olan 20 ölkə arasındadır. Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasətçilərə ictimai etimad" adlanan kateqoriyası üzrə Azərbaycan "böyük iyirmilik" ölkələrinin 4-dən 3-nü geridə qoyub. Bu kateqoriyada Azərbaycan bütün "BRICS" ölkələrini, eləcə də postsovet respublikalarını və türk dövlətlərini də qabaqlayır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasətçilərə ictimai etimad" kateqoriyasında Azərbaycanın dünyada 20-ci yerdə olması birbaşa əhali və biznes nümayəndələri arasında aparılan sorğulara əsaslanır. Bu isə onu deməyə əsas verir ki, obyektiv sorğu nəticəsində Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olduğu təsbit edilib.

Millət vəkili Musa Qasımlı bildirib ki, "Siyasətçilərə ictimai etimad" kateqoriyası üzrə Azərbaycanın 137 ölkə arasında 20-ci pilləyə yüksəlməsi Prezident İlham Əliyevin siyasətinə əhalinin və biznesin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin layiqli qiymətidir. Azərbaycan vətəndaşı ölkəmizin beynəlxalq arenada ləyaqətlə təmsil olunmasından qürur duyur. Beynəlxalq aləmdə yürüdülən diplomatiya Azərbaycana dostlar qazandırır. Ölkə vətəndaşının normal yaşaması və əlverişli dövlət quruculuğu üçün uyğun beynəlxalq şərait təmin edilir. Sadalanan bu amillər nüfüzlü beynəlxalq qurumların, eləcə də reytint təşkilatlarının sorğularında Azərbaycan reallığını əks etdirir.

Azərbaycan "Qlobal Rəqabətlilik Hesabatında" daha bir kateqoriya - "dövlət tənzimlənməsinin yükü" göstəricisinə görə dünyada 15-ci yerdə qərarlaşıb. Bildirilir ki, Azərbaycan dünyada dövlətə ən çox etimad göstərilən və dövlətin əhaliyə və biznesə ən az yük olduğu ölkələrin sırasındadır. Millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, nəinki Azərbaycan xalqı, həm də xarici investorlar da iqtidarın siyasətinə etimad göstərirlər.

Adətən böhran zamanı digər ölkələrdə ictimai-siyasi kataklizmlər olduğu halda, Azərbaycanda sabitlik nəinki qorunub saxlanılıb, həm də möhkəmlənib. Bütün bunlar isə dövlətin siyasətinə ictimai etimadın və xalqın inamının təzahürləridir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərə aid video